NATO üzv ölkələrinin hava məkanının pozulmasına daha qətiyyətli reaksiya verməlidir, lakin bu, Rusiya təyyarələrinin pozuntu halında avtomatik olaraq vurulması demək deyil.
Tvit.az xəbər verir ki, bu sözləri Fransa prezidenti Emmanuel Makron France 24 telekanalına müsahibəsində bildirib.
“Yeni təxribatlar baş verərsə, biz bir az daha sərt reaksiya verməliyik.”
Bununla yanaşı, Makron vurğulayıb ki, söhbət guya “yoxlamalardan” gedirsə, “atəş açmaq lazım deyil.”
Xatırladaq ki, bundan əvvəl ABŞ prezidenti Donald Tramp bəyan etmişdi ki, NATO ölkələri onların hava məkanını guya pozan Rusiya təyyarələrini vura bilərlər.
Aysel