Avropa İttifaqı (Aİ) Macarıstana və Slovakiyaya Rusiya neftinin idxalına rüsumlar tətbiq edəcək.
Tvit.az xəbər verir ki, məlumata görə, Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Lyayen bunu iki ölkəni Rusiya enerji resurslarından imtina etməyə məcbur etməyin yolu adlandırıb.
Onun sözlərinə görə, rüsumlar həmin ölkələri Rusiyadan kənarda tədarükçü axtarmağa sövq etmək məqsədi daşıyır, çünki onlar indiyədək Aİ-də yeganə ölkələr olaraq hələ də Rusiya Federasiyasını maliyyələşdirirdilər. Tariflərin ilin sonuna qədər tətbiq olunacağı gözlənilir.
Cümə axşamı, sentyabrın 4-də ABŞ prezidenti Donald Tramp Avropa liderlərinə bildirib ki, onlar Rusiya mənşəli neftin alınmasını dayandırmalıdırlar. ABŞ prezidenti bu məsələni Moskvanın Ukrayna münaqişəsi çərçivəsində istifadə olunan gəlir əldə etməməli olması ilə əlaqələndirib.
Aysel Şirinova