Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya Suriya İsraillə münaqişənin həlli üçün diplomatik dialoqdan istifadə edir
dünya

Suriya İsraillə münaqişənin həlli üçün diplomatik dialoqdan istifadə edir

24-09-2025 22:00 64 Baxış
IMG

Suriya Qolan təpələrində İsrail və Suriya qüvvələrinin ayrılması ilə bağlı 1974-cü il sazişinə sadiqdir və yəhudi dövləti ilə fikir ayrılıqlarını aradan qaldırmaq üçün diplomatik vasitələrdən istifadə edir.

Tvit.az xəbər verir ki, bu barədə Ərəb Respublikasının keçid dövrü prezidenti Əhməd əl-Şəra Nyu-Yorkda BMT Baş Assambleyasının 80-ci sessiyasının tribunasından çıxış edərkən bildirib.

"İsrailin Suriyaya qarşı təhdidləri ötən il dekabrın 8-də, əvvəlki rejimin hakimiyyətdən kənarlaşdırıldığı vaxtdan bəri dayanmayıb," - deyə siyasətçi bildirib.

O, bildirib ki, İsrail Dəməşqdəki keçid dövründən istifadə edərək bölgəni yeni münaqişələr riski altına qoyub, lakin biz müharibə istəmirik və böhranı aradan qaldırmaq üçün dialoq və diplomatiyadan istifadə edirik.

Əl-Şərə qonşu ölkənin təcavüzkar siyasətinin beynəlxalq ictimaiyyətin Dəməşqdəki yeni administrasiyaya münasibətdə tutduğu mövqeyə zidd olduğunu diqqətə çatdırıb.

Aysel Şirinova