Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ sosial Ordubadın 25 kəndi işıqsız qalacaq
sosial

Ordubadın 25 kəndi işıqsız qalacaq

24-09-2025 22:00 74 Baxış
IMG

Sentyabrın 25-də Ordubad rayonunun bir sıra ərazilərində elektrik enerjisinin verilişində fasilələr olacaq.

 

"Azərişıq" ASC-nin Naxçıvan RETSİ-dən Report-a verilən məlumata görə, Parağaçay 35 kV-luq hava xəttində 110 kV-luq xətlərin çəkilişi və bərpa işləri ilə əlaqədar olaraq elektrik enerjisinin verilişində məhdudiyyətlər tətbiq ediləcək.

 

Bu səbəbdən saat 10:00-dan 11:00-dək Dar, Sabirkənd, Qoşadizə, Kələntərdizə, Başdizə, Gilançay, Parağaçay, Xanağa, Ağrı, Dizə, Vənəd, Başkənd, Vələver Qoruqları, Anaqut, Dırnıs, Kələki, Unus, Pəzməri, Dəstə, Düylün, Çənnəb, Üstüpü, Aza, Azad və Məzrə kəndlərində elektrik enerjisinin verilişində fasilələr olacaq.

 

Enerji təchizatı sistemlərinin gücləndirilməsi və texniki baxışların həyata keçirilməsi çərçivəsində müxtəlif ünvanlarda elektrik xətlərində və yarımstansiyalarda mərhələli təmir işləri aparılır.