Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ sosial Bu rayonun 7 kəndi və 1 qəsəbəsində qaz olmayacaq
sosial

Bu rayonun 7 kəndi və 1 qəsəbəsində qaz olmayacaq

24-09-2025 22:00 77 Baxış
IMG

Sabah İmişli rayonunun 7 kəndi və 1 qəsəbəsinin qaz təchizatında fasilə yaranacaq.

 

Tvit.az xəbər verir ki, buna səbəb diametri 225 mm-lik PE "Bəhrəmtəpə" orta təzyiqli daşıyıcı qaz kəməri və üzərindən ayrılan qollarında kipliyin sınağıdır.

 

Bununla əlaqədar 25 sentyabr saat 10:00-dan etibarən sınaq işləri başa çatanadək İmişli rayonunun Göbəktala, Şahverdili, Bəhrəmtəpə, Sarxanlı, Boşçalılar, Vətəgə, Qaragüvəndikli kəndləri və Bəhrəmtəpə qəsəbəsində (ümumi 4 044 abonent) qaz təchizatının dayandırılması planlaşdırılır.