Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ hadisə Kəşfiyyatçı “Xanı” ilə vida mərasimi keçirilir
hadisə

Kəşfiyyatçı “Xanı” ilə vida mərasimi keçirilir

24-09-2025 12:00 99 Baxış
IMG

Xəbər verdiyimiz kimi, ötən gün kəşfiyyatçı "Xanı" kimi tanınan Səyyaf Əhmədov minaya düşərək həlak olub.

Məlumata görə, Ağdam rayonunda mərhum kəşfiyyatçı ilə vida mərasimi keçirilir.

Qeyd edək ki, mina hadisəsi Ağdam rayonunun Mirəşelli kəndində baş verib. 1971-ci il təvəllüdlü Baharlı kənd sakini Əhmədov Səyyaf Fiqan oğlu minalardan təmizlənməmiş qəbiristanlıq ərazisində mina partlayışı nəticəsində həlak olub. Onun nəşi ərazidən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.