Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ sosial Şərurda çörək sexində ciddi nöqsanlar aşkarlandı
sosial

Şərurda çörək sexində ciddi nöqsanlar aşkarlandı

23-09-2025 20:00 206 Baxış
IMG

Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən aparılan dövlət nəzarəti tədbirləri zamanı Şərur rayonunun Siyaqut kəndində fəaliyyət göstərən Rafiq Mədətova məxsus çörək sexində ciddi nöqsanlar müəyyən edilib.

 

Bu barədə Tvit.az-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

 

Bildirilib ki, müəssisədə sanitar-gigiyenik qaydalara əməl olunmadığı, alət və avadanlıqların təmiz saxlanılmadığı, dezinfeksiya işlərinin aparılmadığı, işçilərin tibbi müayinədən keçmədiyi və obyektin cari təmirə ehtiyacının olduğu aşkarlanıb.

 

Aşkarlanmış nöqsanların aradan qaldırılması ilə bağlı sahibkara müvafiq göstərişlər verilib.