Fələstin Dövlətinin bütün hüquqları ilə birlikdə rəsmi tanınması Yaxın Şərqdə davamlı sülhə nail olmağın yeganə yoludur.
Tvit.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Portuqaliya prezidenti Marselo Rebelo de Sousa deyib.
“Portuqaliya olaraq biz Fələstin Dövlətinin tanınmasını və sülh, ədalət və sabitlik üçün iki dövlətli həll yolunu müdafiə edirik”,- deyə Portuqaliya lideri bildirib.
Elmin Alışov