BMT-nin Fələstin üzrə Beynəlxalq Konfransı çərçivəsində daha üç Avropa ölkəsi – Belçika, Monako və Malta – Fələstin dövlətini tanıdıqlarını bəyan ediblər.
Tvit.az xarici mətbuata istinadən xəbər verir ki, konfrans Səudiyyə Ərəbistanı və Fransanın təşəbbüsü ilə keçirilib.
Belçikanın Baş naziri Aleksander De Kro, ölkəsinin Fələstini tanıma qərarının yalnız bütün girovların azad olunması və HƏMAS-ın tərksilahı şərtilə qüvvəyə minəcəyini bildirib.
Konfransda çıxış edən Fransa prezidenti Emmanuel Makron isə Fələstin dövlətinin rəsmi tanınmasını elan edib.
Bundan əvvəl, Kanada, Avstraliya, Britaniya və Portuqaliya da bazar günü Fələstin dövlətini tanıdığını açıqlayıb.
Elmin Alışov