Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya Ərdoğan: ABŞ ilə 100 milyard dollarlıq ticarət həcmi ortaq hədəfimiz olaraq qalır
dünya

Ərdoğan: ABŞ ilə 100 milyard dollarlıq ticarət həcmi ortaq hədəfimiz olaraq qalır

23-09-2025 09:00 144 Baxış
IMG

Əziz dostum Prezident Trampla 2019-cu ildə təyin etdiyimiz 100 milyard dollarlıq ticarət həcmi ortaq hədəfimiz olmağa davam edir.


Tvit.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Türkiyə lideri Rəcəb Tayib Ərdoğan deyib.


“Ötən il biz 35 milyard dolları ötmüşük. ABŞ ən çox ixrac etdiyimiz ölkələr arasında ikinci, ən çox idxal etdiyimiz ölkələr arasında isə beşinci yeri tutub. 2019-cu ildə hörmətli dostum Prezident Trampla müəyyən etdiyimiz 100 milyard dollarlıq ticarət həcmi ortaq hədəfimiz olaraq qalır”,- deyə Ərdoğan bildirib.


Elmin Alışov