Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya Qrossi İranın nüvə proqramı ilə bağlı Araqçi ilə intensiv məsləhətləşmələr aparıb
dünya

Qrossi İranın nüvə proqramı ilə bağlı Araqçi ilə intensiv məsləhətləşmələr aparıb

22-09-2025 22:00 192 Baxış
IMG

Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) rəhbəri Rafael Qrossi BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən sessiyası çərçivəsində İranın xarici işlər naziri Abbas Araqçi ilə intensiv danışıqlar aparıb.

Tvit.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

“BMT Baş Assambleyası çərçivəsində İranın xarici işlər naziri Araqçi ilə İslam Respublikasının nüvə proqramı barədə intensiv məsləhətləşmələri davam etdirdim”, – Qrossi “X” sosial şəbəkəsində yazıb.

Aysel Şirinova