Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya Rusiyada xeyli reys ləğv edildi
dünya

Rusiyada xeyli reys ləğv edildi

22-09-2025 22:00 260 Baxış
IMG

Paytaxt hava limanlarında Ukrayna PUA-larının hücumu fonunda 35-dən çox reys ləğv edilib.

 Tvit.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Məlumata görə, Şeremetyevo hava limanında əvvəlki və yaxın saatlarda 21 reys gecikib, 1 reys ləğv edilib. Vnukovoda dörd reys gecikib. 

Bundan əvvəl Moskva meri Sergey Sobyanin bildirib ki, Hava Hücumundan Müdafiə Sistemi paytaxta doğru gələn doqquz pilotsuz uçuş aparatını məhv edib.

Aysel Şirinova