Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya HƏMAS və İsrail vasitəçiləri yeni atəşkəs təklifi irəli sürdülər
dünya

HƏMAS və İsrail vasitəçiləri yeni atəşkəs təklifi irəli sürdülər

22-09-2025 22:00 184 Baxış
IMG

Fələstin radikal hərəkatı HƏMAS ilə İsrail arasında vasitəçilər Qəzza sektorunda atəşkəsə dair yeni təklif irəli sürüblər.

Tvit.az xəbər verir ki, bu barədə “Al Hadath” telekanalı məlumat yayıb.

Məlumata görə, şərtlərə əsasən, HƏMAS Fələstin anklavında saxlanılan 10 sağ girovu, eləcə də ABŞ vətəndaşlığı olan iki girovun cəsədini təhvil verməlidir. Bunun müqabilində ABŞ Qəzzada atəşkəs rejiminin iki ay davam edəcəyinə və humanitar yardımın çatdırılmasına imkan yaradacağına dair zəmanət verməlidir.

Mənbələrin məlumatına görə, hələlik nə HƏMAS, nə də İsrail öz cavablarını təqdim etməyib, “danışıqları çıxılmaz vəziyyətdən çıxarmağa yönəlmiş diplomatik səylər isə davam edir”.