Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ sosial Prezident İlham Əliyev Nyu-York şəhərinə işgüzar səfərə gedib
sosial

Prezident İlham Əliyev Nyu-York şəhərinə işgüzar səfərə gedib

22-09-2025 22:00 199 Baxış
IMG

Sentyabrın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev BMT Baş Assambleyasının 80-ci sessiyasında iştirak etmək üçün Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərinə işgüzar səfərə gedib.

 

Tvit.az Azərtac-a istinadla xəbər verir ki, Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Nyu-York şəhərinin "John F.Kennedy" Beynəlxalq Hava Limanında rəsmi şəxslər qarşılayıblar.