Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ sosial Bazar məhsullarının qiyməti bu tarixdən arta BİLƏR - AÇIQLAMA
sosial

Bazar məhsullarının qiyməti bu tarixdən arta BİLƏR - AÇIQLAMA

22-09-2025 18:00 288 Baxış
IMG

Xəbər verdiyimiz kimi bazarlara vergi nəzarətinin təmin edilməsi ilə bağlı Vergi Məcəlləsinə ötən ilin sonunda edilmiş dəyişikliklər artıq oktyabrın 1-dən qüvvəyə minəcək. Dəyişikliklərə əsasən, bazarlarda icarəçilərin faktiki fəaliyyət göstərməsi yalnız onların icarəyə götürdükləri obyektlərin vergi orqanında uçota alınması təmin edildikdən sonra mümkün olacaq.

Bu qərar bazarda fəaliyyət göstərən kiçik sahibkarların işinə necə təsir göstərəcək? Qiymətlərlə bağlı hansı dəyişikliklər gözlənilir mi?

Məsələ ilə bağlı Tvit.az-a danışan iqtisadçı Rəşad Həsənov Azərbaycanda qeyri - formal sahibkarlığın ən çox müşahidə olunduğu sahələrin məhz bazarlarda olduğuna diqqət çəkib.

"Kənd məhsullarının təqdim edilməsi və yaxud kənd təsərrüfatı korporativlərinə aid bazarlar xaric olmaqla digər bazarlarda sahibkarlıq fəaliyyətinin qanuni əsaslarının yaradılması üçün formal iqtisadi fəaliyyətlərin dəstəklənməsi məqsədilə qanunvericiliyə müvafiq dəyişikliyin edilməsi zərurəti yarandı. Burada məsuliyyətin digər maraqlı tərəflərə ötürülməsi yolu ilə bu istiqamətdə bugünədək görülən tədbirlərin nəticəsizliyini bu və ya digər şəkildə aradanq aldırılmasına hədəflənir. Nəticədə təbii ki, sahibkarların xərcləri müəyyən qədər artacaq. Bu xərclər orta uzunmüddətli dövrdə qiymətlərin üzərinə əlavə olunacaq. Burada xərclərin artımı səviyyəsi sahibkarlığın növündən və kateqoriyasından aslı olaraq fərqli olacaq", - ekspert bildirib.

R.Həsənov bildirib ki, mikro kiçik sahibkarların üç nəfərdən artıq işçisi varsa,  illik 200 min manatdan az dövriyyə edirlərsə, bu zaman onların gəlirlərinin 75%-i vergidən azad olunacaq, eyni zamanda onların bir çoxu sadələşmiş vergi ödəyicisi kimi fəaliyyət göstərərək dövriyyədən 2% vergi ödəməklə prosesin qanuniliyini təmin edə bilərlər:

"Bir də əlavə mənfəət vergisi ödəyiciləri var ki, onların xərcləri daha çox arta bilər. Bu, təbii ki qiymətlərdə öz əksini tapacaq. Qiymətlərin artması da dolayısı ilə istehlak istiqamətində neqativ meyillərin ortaya çıxmasına səbəb ola bilər".

Zavod çörəyindən başqa bütün çörəklər bahalaşıb” – Rəşad Həsənov

İqtisadçı yeni qanunun vergi sistemindəki ədalət balansını tənzimləyəcəyini də vurğulayıb:

"Belə ki, 400-500 əməkhaqqı alan şəxs öz gəliri ilə vergi ödədiyi halda minlərlə manat gəlir əldə edən şəxs nə üçün vergi ödəməsin. Digər tərəfdən, bazarda eyni sahədə fəaliyyət göstərən sahibkarın vergi xərcinin olmaması onun bu seqmentdə ədalətsiz rəqabət aparma imkanını aparır. Onlar daha aşağı qiymətlərlə məhsulunu təqdim edə bilir. Bu isə rəqabət mühitində neqativ trendlər formasalşdırır. 

Bazarda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin fəaliyyətinin formallığının qanuni təmin edilməsi bu və ya digər şəkildə rəqabət mühitinin və vergi sisteminin ədalətliyininə ximdət etməklə, həmçinin istehlakçı hüuqlarının qorunması aspektindən də əlverişli imkanlar təqdim edə bilir".

Aysel Şirinova,

Tvit.az