Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ siyasət Zəngəzur dəhlizinin reallaşması fonunda Türkiyə ilə əlaqələrin perspektivləri müzakirə edilib
siyasət

Zəngəzur dəhlizinin reallaşması fonunda Türkiyə ilə əlaqələrin perspektivləri müzakirə edilib

12-09-2025 19:00 19 Baxış
IMG

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli sentyabrın 12-də Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) sədr müavini və Türk Dövlətləri ilə Əlaqələr Baş İdarəsinin rəhbəri Kürşat Zorlunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

 

Tvit.az xəbər verir ki, görüşdə Ümummilli Lider Heydər Əliyevin siyasi fəaliyyətinin Naxçıvan dövründən başlayaraq geniş vüsət alan Azərbaycan-Türkiyə dostluq və qardaşlıq münasibətlərinin bu gün də ölkə başçılarının səyləri ilə davamlı inkişafda olduğu məmnunluqla ifadə edilib, Naxçıvanın Türk dünyası üçün önəmi xüsusi vurğulanıb. 

Bölgəyə sülh və rifah gətirəcək Zəngəzur dəhlizinin reallaşması fonunda əlaqələrin daha da genişlənməsi imkanları nəzərdən keçirilib, Naxçıvanda nəqliyyat, logistika və mədənçilik sahələri üzrə birgə investisiya layihələrinə dair perspektivlər müzakirə edilib.

 

Görüşdə qarşılıqlı xatirə hədiyyələri təqdim edilib, xatirə fotoları çəkdirilib.