Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya İsveç XİN Polşadakı PUA insidentindən sonra Rusiyanın səfirini çağırıb
dünya

İsveç XİN Polşadakı PUA insidentindən sonra Rusiyanın səfirini çağırıb

11-09-2025 20:00 15 Baxış
IMG

İsveç Xarici İşlər Nazirliyi Rusiyanın bu krallıqdakı səfirini çağırıb.

Tvit.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

“Bu gün, 11 sentyabr, İsveç Xarici İşlər Nazirliyi Stokholm şəhərində Rusiyanın səfirini çağırıb. Bu, 10 sentyabr tarixində Rusiyanın Polşa hava məkanını pozmasına etiraz əlaməti olaraq edilib”, – məlumatda deyilir.

Sentyabrın 10-u səhər erkən saatlarda Polşa ordusunun əməliyyat komandanlığı hava məkanını pozmuş bir neçə obyektin, PUA kimi müəyyən edilənlərin məhv edildiyini açıqlayıb. Baş nazir Donald Tuskun sözlərinə görə, 9-dan 10-a keçən gecə hava məkanına 19 pozuntu qeydə alınıb. Onun iddiasına görə, bütün pilotsuz uçuş aparatları Belarus ərazisindən gəlib. Hazırda üç PUA-nın vurulduğu məlumdur. Hadisə ilə əlaqədar olaraq, Polşanın xahişi ilə NATO Şimal-Atlantika Müqaviləsinin 4-cü maddəsini tətbiq edərək alyans üzvləri arasında məsləhətləşmələrə başlayıb.

 Aysel Şirinova