Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya Marsda ən güclü həyat əlaməti tapıldı
dünya

Marsda ən güclü həyat əlaməti tapıldı

11-09-2025 17:00 18 Baxış
IMG

Marsda aşkar edilən qeyri-adi qayaların Qırmızı Planetdə mümkün keçmiş həyatın hələ də ən güclü göstəricisi olduğu açıqlanıb.


Tvit.az xəbər verir ki, bu barədə ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi (NASA) məlumat yayıb.


Kraterdə qədim çay yatağında tapılan palçıq daşlarında "bəbir izləri" və "xaşxaş toxumu" adlı diqqəti çəkən izlər tapılıb.


Alimlər hesab edirlər ki, bu formasiyalar milyardlarla il əvvəl Marsda yaşamış ola biləcək mikroblarla əlaqəli kimyəvi reaksiyalar nəticəsində yarana bilər.


Elmin Alışov