Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya Qətər Xarici İşlər Nazirliyi İsrailin zərbəsi barədə əvvəlcədən məlumatlandırıldığı xəbərləri təkzib edib
dünya

Qətər Xarici İşlər Nazirliyi İsrailin zərbəsi barədə əvvəlcədən məlumatlandırıldığı xəbərləri təkzib edib

09-09-2025 22:00 37 Baxış
IMG

Qətərin Xarici İşlər Nazirliyi İsrailin zərbəsi barədə əvvəlcədən məlumatlandırıldığı barədə xəbərlərin həqiqətə uyğun olmadığını bildirib.

Tvit.az xəbər verir ki, bu barədə Qətər Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Məcid bin Məhəmməd əl-Ənsari bildirib.

Onun sözlərinə görə, ABŞ Qətər hakimiyyəti ilə zərbə zamanı birbaşa əlaqə saxlayıb.

“İsrailin Dohanı hədəf alan hücumu barədə Qətərin əvvəlcədən məlumatlandırıldığına dair yayılan iddialar yanlışdır. ABŞ rəsmisinin zəngi İsrail hücumu nəticəsində partlayışlar baş verən vaxtda olub”, – diplomat X platformasında yazıb.

Aysel Şirinova