Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ idman Qurban Qurbanovun istədiyi iki transfer niyə baş tutmayıb? - Özü açıqladı
idman

Qurban Qurbanovun istədiyi iki transfer niyə baş tutmayıb? - Özü açıqladı

06-09-2025 17:00 48 Baxış
IMG

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov kluba yeni futbolçuların transfer olmamasının səbəblərindən danışıb.

Tvit.az xəbər verir ki, Mütəxəssis "AzTV"yə müsahibəsində "Qarabağ"ın üzərinə düşənləri yerinə yetirdiyini, lakin qarşı tərəfdəki klubların qeyri-peşəkar davrandığını bildirib:

"Transfer pəncərəsində bəzi keçidlər etdik. Yeni futbolçular cəlb etdik komandamıza. Bəzi transferlər isə alınmadı. Bu, bizim istəyimizlə olmadı".

Baş məşqçi iki futbolçunu daha çox istədiklərini vurğulayıb:

"Biri sırf hücumçu idi, digəri isə sol vinger. Hər iki klubla çox geniş danışıqlar getdi. Hər gün danışıqlar dəyişdirilirdi. Bizim tərəfimizdən yox, onlar tərəfindən. Qarşımıza yeni tələblər qoyulurdu. Razılaşırdıq. Sonda isə həddindən artıq böyük bir məbləğ deyildi. Məncə, biz o məbləğə razı olsaydıq, yenə də yeni bir tələb qoyulacaqdı. Bizə bəlkə də bir az qeyri-peşəkar yanaşdılar. Ona görə də sonda danışıqlar dayandırdıq. 3-cü futbolçuda isə işlər bir az qarışıq idi. Sənədləri ilə bağlı müəyyən problemlər də vardı. İnanın ki, biz sona qədər öz üzərimizə düşəni, hətta artığını etdik".

Qeyd edək ki, "Qarabağ" Andre Klovis, Olavio Juninyo və Sambo Sumano kimi hücum xətti oyunçuları ilə danışıqlar aparsa da, son anda transferlər reallaşmayıb.  (Offsideplus.az)