Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ sosial Quldurluq və soyğunçuluq edən şəxs saxlanıldı
sosial

Quldurluq və soyğunçuluq edən şəxs saxlanıldı

05-09-2025 16:00 27 Baxış
IMG

Abşeron rayonunda quldurluq cinayəti qeydə alınıb. Ceyranbatan qəsəbəsində naməlum şəxs gecə saatlarında zərərçəkəni kəsici alətlə hədələyərək onun içərisində mobil telefon və 270 manat olan çantasını ələ keçirib.

"Tvit.az" xəbər verir ki, polis əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri ilə cinayət əməlini törətməkdə şübhəli bilinən 21 yaşlı Z.Camalov saxlanılıb. Araşdırmalar zamanı həmin şəxsin bir neçə gün əvvəl Binəqədi rayonunda vətəndaşların birinin içərisində qızıl-zinət əşyası, mobil telefon və pul olan çantasını isə soyğunçuluq yolu ilə taladığı müəyyən edilib.