Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Rusiya ilə ABŞ arasında münasibətlərin normallaşması prosesini dəyərləndirib.
Tvit.az bu barədə “RİA Novosti” agentliyinə istinadən məlumat yayıb.
Onun sözlərinə görə, iki ölkə arasında münasibətlər Co Bayden administrasiyasının hərəkətləri səbəbindən pisləşib və onların düzəldilməsi prosesi çətindir.
"Münasibətlərimiz əvvəlki administrasiyanın səyləri sayəsində xeyli pisləşib. Bunu düzəltmək çətindi. Bu vaxt aparacaq proses olacaq", - Peskov bildirib.
Elmin Alışov