Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya Əfqanıstanda güclü zəlzələ oldu
dünya

Əfqanıstanda güclü zəlzələ oldu

04-09-2025 20:00 28 Baxış
IMG
Əfqanıstanın şərqindəki Hindu Kuş dağlarında 6,1 maqnituda gücündə zəlzələ qeydə alınıb.
Tvit.az xəbər verir ki, bu barədə Avropa-Aralıq Dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Zəlzələnin episentri Cəlalabaddan 46 km şimal-şərqdə yerləşib. Ocaq 42 km dərinlikdə olub.

Qeyd edək ki, 31 avqust axşamı seysmoloqlar Əfqanıstanda 6,0 bal gücündə zəlzələ qeydə alıblar.

Əfqanıstan zəlzələnin nəticələrinin aradan qaldırılmasında yardım üçün Rusiyaya müraciət edib.

Aysel Şirinova