Fransa prezidenti Emmanuel Makron Vladimir Zelenski ilə birgə mətbuat konfransında Ukrayna üçün təhlükəsizlik zəmanətlərinin hazırlanması işinin başa çatdığını bildirib.
Tvit.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
“Hazırlanmış, sənədləşdirilmiş və bu gün günorta saatlarında müdafiə nazirləri səviyyəsində son dərəcə məxfi qaydada təsdiqlənmiş töhfə mənə deməyə imkan verir ki, bu hazırlıq işi artıq başa çatıb”, - deyə, o, bildirib.
Bundan əvvəl Rusiya lideri Vladimir Putin bəyan etmişdi ki, Ukraynanın öz təhlükəsizlik təminatı sistemini seçmək hüququ var, lakin bunu Rusiya hesabına etməməlidir.
Aysel Şirinova