Naxçıvan Muxtar Respublikasında 30 təhsil müəssisəsinin istilik sistemi yenidən qurulacaq.
Tvit.az xəbər verir ki, bununla bağlı keçirilən tender müsabiqəsinə yekun vurulub. Tender Naxçıvan Təhsili ilə bağlı olan 30 təhsil müəssisəsində istilik sistemlərinin binanın çölündə qurulacaq kombi sistemi ilə əvəz edilməsinə davam etdiriləcək iş və xidmətlərinin satın alınması ilə bağlı idi.
Tenderin qalibi "BestTexnik" Məhdud Məsuliyyətli Cəmiyyəti olub.
Tərəflər arasında imzalanmış satınalınma müqaviləsinin dəyəri 584 min 587 manat təşkil edib.
Aysel Şirinova