Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ sosial Yanğın olan DOST Mərkəzi müvəqqəti bağlandı
sosial

Yanğın olan DOST Mərkəzi müvəqqəti bağlandı

28-08-2025 15:00 16 Baxış
IMG

Ötən gün Abşeron rayonu, Xırdalan şəhərində yerləşən Abşeron Dost Mərkəzinin inzibati binasında baş verən yanğınla əlaqədar mərkəz müvəqqəti olaraq fəaliyyət göstərməyəcək.

"Tvit.az" xəbər verir ki, bu barədə DOST Agentliyi məlumat yayıb.

Bildirilib ki, bu, Mərkəzdə ehtiyac yaranan kiçik təmir işlərinin aparılması ilə əlaqədardır.

Qeyd edilib ki, ötən gün saaat 16:30 radələrində Abşeron DOST Mərkəzində baş verən yanğın Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidməti tərəfindən operativ qaydada söndürülüb: “Hadisə yalnız bir otaqda baş verib və Mərkəzi əhatə etməyib. Vətəndaşlar Bakı şəhərində yerləşən digər DOST mərkəzlərinə müraciət edə bilərlər”.