Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya Zelenski ABŞ-yə səfir təyin etdi
dünya

Zelenski ABŞ-yə səfir təyin etdi

27-08-2025 21:00 17 Baxış
IMG

Ukrayna prezidenti Vladimir Zelenski keçmiş baş nazirin müavini Olha Stefanişinanın ABŞ- a səfir təyin edildiyini açıqlayıb.

Tvit.az xəbər verir ki, bu barədə o, müvafiq fərman imzalayıb və bu barədə Telegram kanalında məlumat yayıb.

"Bu gün mən səfirin təyin edilməsi ilə bağlı fərman imzaladım. Mən əsas vəzifələri müəyyən etdim - Vaşinqtonla bütün razılaşmaları - prezident Trampla və hər şeydən əvvəl müdafiə sektorunda əldə etdiyimiz razılaşmaları tam şəkildə yerinə yetirmək. Bir çox cəhətdən Ukraynanın təhlükəsizliyinin uzunmüddətli təminatı Amerika ilə münasibətlərdən asılıdır", - Zelenski bildirib.

Aysel Şirinova