Xırdalan şəhərində inzibati binada baş verən yanğın söndürülüb.

"Tvit.az" xəbər verir ki, bu barədə FHN-dən məlumat verilib.

Bildirilib ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Abşeron rayonu, Xırdalan şəhərində inzibati binada yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində yanğın qısa müddətdə məhdudlaşdırılıb.

***16:46

Abşeron rayon Xırdalan şəhərində DOST Mərkəzində yanğın başlayıb.

"Tvit.az" xəbər verir ki, əraziyə yanğınsöndürənlər cəlb olunub.