Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ sosial “Bu müddəa aradan qaldırılmadan rəsmi sülh sənədinin imzalanması mümkün deyil, çünki…”
sosial

“Bu müddəa aradan qaldırılmadan rəsmi sülh sənədinin imzalanması mümkün deyil, çünki…”

27-08-2025 15:00 26 Baxış
IMG

Azərbaycan Prezidenti İlham Əliyev Səudiyyə Ərəbistanının “Əl-Ərəbiyyə” telekanalına müsahibəsində çox maraqlı fikirlər səsləndirib, vacib nüanslara toxunub. Prezidentin müsahibəsində diqqət çəkən əsas məsələlərdən biri Ermənistan konstitusiyasında hələ də Azərbaycanın ərazi bütövlüyünə qarşı şübhə doğuran müddəanın mövcud olmasıdır. 

Bu fikirləri Tvit.az-a Politoloq Turan Rzayev deyib.

 

O qeyd edib ki, bu, hazırki məqamda iki ölkə arasında sülh sazişinin imzalanmamasının əsas səbəbidir. 

 

“İlham Əliyev bildirib ki, bu müddəa aradan qaldırılmadan rəsmi sülh sənədinin imzalanması mümkün deyil, çünki bu, Ermənistan tərəfindən hələ də ərazi iddialarının konstitusion səviyyədə qorunması deməkdir. Buna baxmayaraq, Prezident vurğulayıb ki, ABŞ lideri Donald Trampın dəstəyi ilə Vaşinqtonda paraflanmış sənəd müharibənin bitdiyini göstərir və tərəflər arasında real, davamlı sabitliyin təməlinin qoyulduğunu ifadə edir.
İlham Əliyevin sülhə yanaşması ilkin baxışda ehtiyatlı görünsə də, reallıqla üst-üstə düşür. Çünki sülh yalnız imzalanan sənədlə deyil, tərəflərin daxili hüquqi və siyasi mövqelərində dəyişikliklərlə mümkün olur. Ermənistan konstitusiyasında dəyişiklik edilmədən sülh sənədinin imzalanması həm formal görünə bilər, həm də gələcəkdə yenidən problemlərin alovlanma riskini daşıyar”.

 

Politoloqun sözlərinə görə, Ermənistan bu müddəanı aradan qaldırsa, bu, Cənubi Qafqazda uzunmüddətli sabitliyin təminatı üçün real zəmin yaradacaq. Prezident qeyd edir ki, belə dəyişikliklər regionda yeni əməkdaşlıq imkanlarının açılmasına, xüsusilə nəqliyyat, enerji və təhlükəsizlik sahələrində tərəfdaşlığın inkişafına səbəb olacaq.

 

Elmin Alışov