Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya ABŞ Ukraynanı maliyyələşdirməyəcək
dünya

ABŞ Ukraynanı maliyyələşdirməyəcək

26-08-2025 21:00 20 Baxış
IMG

ABŞ artıq Ukraynanın maliyyələşdirilməsində iştirak etməyəcək.

Tvit.az xəbər verir ki, Bu sözləri ABŞ Prezidenti Donald Tramp Ağ Evdə Nazirlər Kabinetinin iclası zamanı deyib.

“Vurğulamaq istəyirəm ki, biz artıq Ukraynanın maliyyələşdirilməsində iştirak etmirik, lakin biz müharibəni dayandırmağa çalışırıq”, - Ağ Evin rəhbəri bildirib.

Tramp əlavə edib ki, ABŞ dost NATO üzvü ölkələrə “milyarlarla dollar dəyərində” raket və hərbi texnika satır.

"Beləliklə, onlar bütün müharibəni maliyyələşdirirlər, biz isə heç nəyi maliyyələşdirmirik. Məncə, bu, vacib məqamdır, çünki çoxları bunu başa düşmür", - o vurğulayıb

Aysel