Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya Qəzzada ilk dəfə fəlakətli aclıq vəziyyəti elan edilib - BMT
dünya

Qəzzada ilk dəfə fəlakətli aclıq vəziyyəti elan edilib - BMT

22-08-2025 14:00 29 Baxış
IMG

Qəzzada ilk dəfə fəlakətli aclıq vəziyyəti elan edilib.

Tvit.az xəbər verir ki, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) yayımladığı bəyanatda bildirilir:

“Qəzza sektorunda yarım milyondan çox insan aclıq tələsinə düşüb; bu, hər tərəfdə yetərsiz qidalanma, yoxsulluq və qarşısı alına biləcək ölüm halları ilə xarakterizə olunur”.

BMT-də qəbul edilmiş İnteqrasiya olunmuş Qida Təhlükəsizliyi Fazaları Təsnifatı (IPC) ərzaq çatışmazlığının beş mərhələsini ayırd edir; üçüncü və beşinci səviyyələr ciddi ərzaq çatışmazlığına uyğun gəlir. Beşinci, son mərhələ isə fəlakətli aclığı göstərir.

Aysel Şirinova