Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya Ukrayna İranla vizasız gediş gəlişi ləğv etdi
dünya

Ukrayna İranla vizasız gediş gəlişi ləğv etdi

20-08-2025 23:00 12 Baxış
IMG

Ukrayna Nazirlər Kabineti İranla diplomatik və xidməti pasportlara malik vətəndaşlar üçün vizasız gediş-gəliş haqqında anlaşma memorandumunu ləğv edib.

 Tvit.az xəbər verir ki, bu barədə hökumətin Ali Radadakı nümayəndəsi Taras Melnıçuk məlumat verib.

"Ukrayna hökuməti ilə İran İslam Respublikası hökuməti arasında diplomatik və xidməti pasportlara malik vətəndaşlar üçün vizasız gediş-gəliş haqqında 1993-cü il martın 15-də Kiyevdə bağlanmış anlaşma memorandumu ləğv edilib", - o, Teleqram kanalında yazıb.

Qeyd edək ki, 2024-cü ilin noyabrında Kiyev Tehranla 1993-cü ildə bağlanmış hava nəqliyyatı müqaviləsini də ləğv edib.

 Aysel Şirinova