Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ hadisə Tovuzda bir ailənin beş üzvü qidadan zəhərlənib
hadisə

Tovuzda bir ailənin beş üzvü qidadan zəhərlənib

20-08-2025 23:00 14 Baxış
IMG

Tovuzda bir ailənin beş üzvü qidadan zəhərlənib.

 

Tvit.az-ın məlumatına görə, hadisə rayonun Əyyublu kəndində qeydə alınıb.

 

Belə ki, bir ailədən 5 nəfər qida zəhərlənməsi diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

 

Onlara tibbi yardım göstərilib, vəziyyətləri kafi qiymətləndirilir.

 

Zəhərlənən şəxslərin yaxınları dönər yedikdən sonra onların vəziyyətlərinin dəyişdiyini bildiriblər.

 

Faktla bağlı araşdırma aparılır.