Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ hadisə Bakıda mənzildən meyit tapıldı
hadisə

Bakıda mənzildən meyit tapıldı

20-08-2025 17:00 26 Baxış
IMG

Bakıda mənzildən meyit tapılıb.

Bu barədə "Tvit.az"a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Nizami rayonunda 1 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri çağırış üzrə cəlb olunublar.

Həyata keçirilən tədbirlər nəticəsində 1 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.