Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ sosial Evlərin qiymətinin aşağı düşməsi üçün bu addımlar ATILMALIDIR - Ekspert danışdı
sosial

Evlərin qiymətinin aşağı düşməsi üçün bu addımlar ATILMALIDIR - Ekspert danışdı

19-08-2025 14:00 207 Baxış
IMG

Bakının bir çox yerlərində, xüsusilə də, Hökməli, Qobu ərazisində əhali sıxlığı müşahidə olunur. Oxşar vəziyyət şəhərin Zabrat, Masazır qəsəbələri və şəhərətrafında olan bir çox kompakt və sıx qəsəbələrində də rast gəlinir. Son 15-20 il ərzində sözügedən ərazilərdə qanunsuz tikililərin sayı dayanmadan artır. Vətəndaşlar da bu ərazilərə üz tutur. 

Bu sözləri Tvit.az-a açıqlamasında əmlak məsələləri üzrə ekspert Elnur Azadov deyib.

Onun sözlərinə görə şəhər mərkəzində bahalaşan mənzillər, ümumiyyətlə, yaşayış fondu qanunsuz tikililərin ərsəyə gəlməsinə daha çox yol açır:

"Ona görə ki, bir çox vətəndaşların bahalı əmlaka olan əlçatmazlığı eyni zamanda bəzilərinin də rayonlardan ucuz əmlaklarını satıb şəhərə üz tutması üstəlik yeni ailələr bunlar məcburdurlar bu kimi qanunsuz tikili alsınlar və ya tikib inşa etsinlər. Sözsüz ki, infrasturuktur daha çox inkişaf edib. Düzdür, bu halın qarşısı müəyyən qədər alınıb. Keçən ilin oktaybr ayının 1-dən yaşayış məntəqələri torpaqları, çıxarışları olmayan nöqtələrə kommunikasiya xətləri verilmir. Buna baxmayaraq zamanla ərsəyə gəlmiş bu kimi əmlakların dövriyəsi, satışı aktual olaraq qalır. 

Ekspert qeyd edib ki, vətəndaşlar çıxılmaz vəziyyətdə qalarkən bu kimi əmlakları almağa məcbur olurlar. Bu prosesin qarşını tamamilə almağın hər hansı bir yolu yoxdur. Lakin həll yolu olaraq müəyyən addımlar atıla bilər: 

Elnur Azadov

"Ölkəmizdə daşınmaz əmlakın qiyməti ciddi şəkildə aşağı düşməlidir. Bunun səbəbi tikinti şirkətlərinin son 5 il ərzində qiymət artımını 55-60% ə qədər yüksəltməsidir. Yaranmış qıtlıq və tikinti şirkətləri arasında azalan rəqabət bu cür vəziyyətə təkan vermişdir. Arxitektura komitəsi tikinti şirkətləri üçün şərait yaradarsa, insanlar böyük həcmli inşa proseslərinə qoşularlarsa, rəqabət yüksək səviyyədə olarsa, yalnız o zaman qiymətlər stabilləşə bilər.

Elnur Azadov daşınmaz əmlak problemində digər ölkələrin də strategiyasında nəzər salaraq bildirib ki, qonşu ölkələr olan İranda, Türkiyədə belə podmayak evlər satılmır. Bazarın genişmiqyasda müxtəlif təkliflər etməsi mənzil alarkən içərisində təmirinin, hazır ev əşyalarının olması imkanını yaradıb. Sağlam rəqabət olan yerdə dövlət də bunun üçün uyğun şərait yaradır. Bu baxımdan qiymətlər də stabilləşir. 

Aysel Şirinova