Estoniya Xarici İşlər Nazirliyi vətəndaşlarını Rusiyaya hər hansı səfərdən çəkinməyə çağırıb.
Tvit.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
“Xarici İşlər Nazirliyi hər hansı səfərin Rusiyaya edilməsi tövsiyə etmir. Müvəqqəti olaraq Rusiyada olan Estoniya vətəndaşlarına ölkədə qalma zərurətini diqqətlə qiymətləndirmələri tövsiyə olunur. Nazirlik həmçinin Estoniya vətəndaşlarına mümkün qədər tez bir zamanda Estoniyaya qayıtmağı tövsiyə edir”, – deyə nazirliyin saytında yayımlanan bəyanatda bildirilib.
Rusiya-Estoniya sərhədində üç gömrük-keçid məntəqəsi fəaliyyət göstərir. 2024-cü ilin avqust ayında Estoniya hakimiyyəti Rusiyaya sərhəddə tam gömrük nəzarəti tətbiq edib ki, bu da sərhədi keçərkən gözləmə müddətini əhəmiyyətli dərəcədə artırıb.
Aysel Şirinova