Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya Pezeşkiyan və Lukaşenko görüşəcək
dünya

Pezeşkiyan və Lukaşenko görüşəcək

19-08-2025 11:00 42 Baxış
IMG

Belarus lideri Aleksandr Lukaşenko avqustun 20-də İran prezidenti Məsud Pezeşkiyan ilə danışıqlar aparacaq.

Tvit.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

 Məlumata əsasən, Pezeşkiyan çərşənbə günü rəsmi səfərlə Minskə gedəcək. 

Dövlət başçılarının görüşü Müstəqillik Sarayında  geniş tərkibdə keçiriləcək. Ardınca iki dövlət arasında əməkdaşlığın genişləndirilməsinə yönəlmiş ikitərəfli sənədlərin imzalanması gözlənilir.

Lukaşenko və Pizəşyani ticarət, investisiya və sənaye əməkdaşlığı, elmi, texnoloji və təhsil sahələrində birgə təşəbbüslərin həyata keçirilməsi, həmçinin MDB, Şanxay Əməkdaşlıq Təşkilatı, BRICS və BMT daxil olmaqla beynəlxalq strukturlar çərçivəsində dövlətlərarası əməkdaşlıq məsələlərini müzakirə edəcəklər. Məlumatda qeyd olunur ki, regional və beynəlxalq təhlükəsizlik məsələləri də görüşün mərkəzində olacaq.

Xatırladaq ki, Belarus səfərindən əvvəl İran prezidenti Ermənistanı ziyarət edib.

Aysel Şirinova