Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ sosial Şəhidlər xiyabanında qeyri-etik videolar çəkən əcnəbilərə cinayət işi başlanıldı - VİDEO (YENİLƏNİB)
sosial

Şəhidlər xiyabanında qeyri-etik videolar çəkən əcnəbilərə cinayət işi başlanıldı - VİDEO (YENİLƏNİB)

18-08-2025 12:00 15 Baxış
IMG

Avqustun 17-də 3 nəfər əcnəbi şəxsin Şəhidlər Xiyabanında nalayiq hərəkətlər etməklə çəkdikləri videogörüntünü sosial şəbəkələrdə paylaşmaları barədə araşdırmalar aparılıb.

DİN Mətbuat Xidmətindən "Tvit.az"a verilən məlumata görə, araşdırmalar zamanı həmin şəxslərin avqustun 13-də Bakı şəhərinə turist kimi 5 günlük gəldikləri, çəkdikləri videonu sosial şəbəkələrdə yaydıqları müəyyən edilib.

Faktla bağlı cinayət məcəlləsinin 245-ci (Qəbir üzərində təhqiredici hərəkət) maddəsilə cinayət işi başlanılıb. Polis əməkdaşları tərəfindən görülmüş tədbirlərlə hər 3 şəxs saxlanılaraq istintaqa cəlb ediliblər.

Başlanan cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.

***09:03

Bakıda turist kimi səfər edən əcnəbilər Şəhidlər xiyabanında qeyri-etik videolar çəkərək sosial şəbəkələrdə paylaşıb.

"Tvit.az" xəbər verir ki, yayılan görüntülərdə ərəblər qəbuledilməz hərəkətlər ediblər.

Həmin şəxslər polislər tərəfindən saxlanılıb, hazırda araşdırma aparılır.