Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница turizm Azərbaycan türkiyəli jurnalisti beynəlxalq axtarışa verdi
turizm

Azərbaycan türkiyəli jurnalisti beynəlxalq axtarışa verdi

16-10-2026 15:00 14 Просмотров
IMG

Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsi, konstitusiya quruluşunun zorla dəyişdirilməsi və dini nifrət, düşmənçiliyin salınması faktları üzrə cinayət işi başlanıb.


Tvit.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb.

 

Bildirilib ki, sosial şəbəkələrdə müxtəlif şəxslər, o cümlədən Türkiyə vətəndaşı, "Şanlıurfa Olay" qəzetinin köşə yazarı, 1975-ci il təvəllüdlü Celal Çiftçi tərəfindən qeyd olunan əməllərə yönələn materialların paylaşılması ilə bağlı Baş Prokurorluğa daxil olmuş məlumatlar əsasında araşdırmalar aparılıb.

 

Araşdırmalar zamanı Nazirlər Kabinetinin 21 sentyabr 2026-cı il tarixli qərarından sonra hakimiyyətin çevriliş və zorla ələ keçirilməsinə, konstitusiya quruluşunun zorla dəyişdirilməsinə, eləcə də zor tətbiqi ilə dini nifrət və düşmənçiliyin salınmasına yönələn dini radikalizm məzmunlu materialların, o cümlədən süni intellekt vasitəsilə hazırlanmış məzmunların təkrar yayıldığı müəyyən edilib.

 

Toplanmış materiallar əsasında oktyabrın 16-da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 281.2, 283.2.1 və 167-3.1-ci maddələri ilə cinayət işi başlanıb. İbtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə tapşırılıb.

 

Qeyd olunub ki, Celal Çiftçi cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilib və barəsində beynəlxalq axtarış elan olunub.

 

Hazırda onun və digər şəxslərin əməlləri ilə bağlı zəruri istintaq hərəkətlərinin aparılması məqsədilə Türkiyənin səlahiyyətli orqanlarına beynəlxalq hüquqi yardım haqqında sorğular göndərilir. Həmçinin beynəlxalq əməkdaşlıq çərçivəsində digər zəruri tədbirlər həyata keçirilir.

 

İbtidai istintaq çərçivəsində materialların məzmununun, hazırlanma və yayılma hallarının, eləcə də iş üçün əhəmiyyətli digər məqamların obyektiv, tam və hərtərəfli araşdırılması istiqamətində tədbirlər davam etdirilir.

 

Baş Prokurorluq hər kəsi dini zəmində nifrət və düşmənçiliyi təşviq edən məzmunun yayılmasından çəkinməyə, sosial şəbəkələrdən məsuliyyətlə istifadə etməyə və qanunvericiliyin tələblərinə riayət etməyə çağırıb.