Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница СПОРТ Azərbaycan güləşçiləri Avropa çempionatına 1 qızıl və 2 bürünc medalla start veriblər
СПОРТ

Azərbaycan güləşçiləri Avropa çempionatına 1 qızıl və 2 bürünc medalla start veriblər

10-06-2025 22:00 45 Просмотров
IMG

Şimali Makedoniyanın paytaxtı Skopyedə U17 Avropa çempionatı davam edir.

 

Tvit.az xəbər verir ki, ikinci yarış günündə yunan-Roma güləşi üzrə ilk medalçılar müəyyənləşib.

 

Qurban Məcnunov (48 kq) yunanıstanlı Nikolaos Zinisanı 4:1 hesabıyla məğlub edərək bürünc medal qazanıb.

 

Nicat Yeylaqaliyev (80 kq) isə isveçli Yens Abrahamssona tam üstünlüklə (10:0) qalib gələrək eyni uğuru təkrarlayıb.

 

Günün son qarşılaşmasında Rihad İbrahimli (110 kq) finalda bolqarıstanlı Denis Lazarovla üz-üzə gəlib. İlk hissəni minimal fərqlə öndə tamamlayan Sumqayıt güləş məktəbinin yetirməsi fasilədən sonra rəqibinə göz açmağa imkan verməyib. Həmyerlimiz “tuş”la qələbə qazanaraq Avropa çempionu olub.


Beləliklə, millimiz qitə birinciliyinə 1 qızıl və 2 bürünc medalla start verib.