Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница turizm Lerikdə qanunsuz qızıl axtaranlara qarşı əməliyyat: Ölən var
turizm

Lerikdə qanunsuz qızıl axtaranlara qarşı əməliyyat: Ölən var

21-10-2026 09:00 9 Просмотров
IMG

Oktyabrın 20-də gecə saatlarında Lerik rayonunun dağlıq ərazisində qanunsuz qazıntı işləri apararaq qızıl axtaran 3 nəfər polis tərəfindən müəyyən olunub.

 

Tvit.az xəbər verir ki, həmin şəxslər saxlanılarkən müqavimət göstərərək qaçmağa cəhd ediblər. Bu zaman qaçan şəxslərdən R.Səfərov qayalıqdan dərəyə yıxılaraq aldığı xəsarətlərdən ölüb.

 

Digər şəxs E.Kərimov saxlanılıb.

 

Hadisə yerindən deşici alətlər və dinamitə bənzər, kustar üsulla hazırlanmış partlayıcı qurğu aşkar olunaraq götürülüb.

 

Hazırda hadisənin digər iştirakçısının müəyyən edilərək saxlanılması istiqamətində tədbirlər davam etdirilir.

 

Məlumatı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan təsdiqləyiblər.