Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница dünya Türkiyə və Belçika arasında 10 illik fasilədən sonra rəsmi görüş baş tutdu
dünya

Türkiyə və Belçika arasında 10 illik fasilədən sonra rəsmi görüş baş tutdu

21-10-2026 09:00 8 Просмотров
IMG

Türkiyə və Belçika arasında 10 illik fasilədən sonra Belçikanın paytaxtı Brüsseldə görüş keçirilib.

 

Tvit.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Brüsseldə iki ölkənin xarici işlər, ədliyyə və daxili işlər nazirlərinin iştirakı ilə dördüncü birgə iclas baş tutub.

Görüş zamanı terrorizm və transmilli mütəşəkkil cinayətkarlıqla mübarizə, axtarışda olan şəxslərin ekstradisiyası, eləcə də qanunsuz miqrasiyanın qarşısının alınması məsələləri müzakirə edilib.

Türkiyə tərəfi Belçikanı PKK və FETÖ ilə əlaqəli strukturlara qarşı konkret tədbirlər görməyə çağırıb.

Danışıqlarda, həmçinin İŞİD terror təşkilatı ilə mübarizə, xarici terrorçu döyüşçülərin mənşə ölkələrinə qaytarılması və qanunsuz miqrasiyanın azaldılması istiqamətində birgə fəaliyyət imkanları nəzərdən keçirilib.

 

 

Aysel Şirinova,

Tvit.az