Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница sosial Azərbaycanın bəzi ərazilərinə qar yağıb - Faktiki hava
sosial

Azərbaycanın bəzi ərazilərinə qar yağıb - Faktiki hava

21-10-2026 11:00 8 Просмотров
IMG

Oktyabrın 21-də saat 11:00-a olan faktiki hava açıqlanıb.

 

Tvit.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

 

Bildirilib ki, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin gecə və səhər bəzi dağlıq və dağətəyi rayonlarda qısamüddətli yağış, Ordubadın yüksək dağlıq ərazilərində isə qar yağıb.

 

Düşən yağıntının miqdarı Ordubad və Lerikdə 4, Şahbuz, Gədəbəy və Qusarda 2, Göygöl, Şəmkir, Daşkəsən, Şəki, Mingəçevir, Yardımlı və Astarada 1 mm-dir.