Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница dünya Finlandiya prezidenti Zelenski ilə danışıqdan sonra Rusiyanı tam atəşkəsə çağırdı
dünya

Finlandiya prezidenti Zelenski ilə danışıqdan sonra Rusiyanı tam atəşkəsə çağırdı

17-04-2025 08:00 70 Просмотров
IMG

Finlandiya prezidenti Aleksandr Stubb ukraynalı həmkarı Vladimir Zelenski ilə danışıqlar apardığını bildirib.


Tvit.az xəbər verir ki, o, bu barədə X sosial şəbəkəsində yazıb.


Stubb Zelenskini dostu adlandırıb və Ukrayna lideri ilə ünsiyyətdən həzz aldığını vurğulayıb. Onun sözlərinə görə, Kiyev tam və qeyd-şərtsiz atəşkəslə razılaşıb, ona görə də Moskvaya oxşar müraciət edib.


Dövlət başçısı əlavə edib ki, Finlandiya və Ukrayna ədalətli və davamlı sülhə nail olmaq üçün səylərini davam etdirirlər.


Elmin Alışov