Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home dünya Finlandiya prezidenti Zelenski ilə danışıqdan sonra Rusiyanı tam atəşkəsə çağırdı
dünya

Finlandiya prezidenti Zelenski ilə danışıqdan sonra Rusiyanı tam atəşkəsə çağırdı

17-04-2025 08:00 75 Views
IMG

Finlandiya prezidenti Aleksandr Stubb ukraynalı həmkarı Vladimir Zelenski ilə danışıqlar apardığını bildirib.


Tvit.az xəbər verir ki, o, bu barədə X sosial şəbəkəsində yazıb.


Stubb Zelenskini dostu adlandırıb və Ukrayna lideri ilə ünsiyyətdən həzz aldığını vurğulayıb. Onun sözlərinə görə, Kiyev tam və qeyd-şərtsiz atəşkəslə razılaşıb, ona görə də Moskvaya oxşar müraciət edib.


Dövlət başçısı əlavə edib ki, Finlandiya və Ukrayna ədalətli və davamlı sülhə nail olmaq üçün səylərini davam etdirirlər.


Elmin Alışov