Finlandiya prezidenti Aleksandr Stubb ukraynalı həmkarı Vladimir Zelenski ilə danışıqlar apardığını bildirib.
Tvit.az xəbər verir ki, o, bu barədə X sosial şəbəkəsində yazıb.
Stubb Zelenskini dostu adlandırıb və Ukrayna lideri ilə ünsiyyətdən həzz aldığını vurğulayıb. Onun sözlərinə görə, Kiyev tam və qeyd-şərtsiz atəşkəslə razılaşıb, ona görə də Moskvaya oxşar müraciət edib.
Dövlət başçısı əlavə edib ki, Finlandiya və Ukrayna ədalətli və davamlı sülhə nail olmaq üçün səylərini davam etdirirlər.
Elmin Alışov