Siyəzən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində rayon ərazisində yerləşən, hazırda istifadə olunmayan şadlıq evindən oğurluq edən, əvvəllər məhkum olunmuş Canlar Əhmədov, Elvin Mikayılov və Ələkbər Musayev saxlanılıblar.
Tvit.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba Regional qrupu məlumat yayıb.
Bildirilib ki, onlar şadlıq evinə 22200 manat ziyan vurublar.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.