Müğənni Selena Qomez küçədə evsiz bir şəxsə çox az sədəqə verdiyinə görə mühakimə olunub.
Tvit.az xəbər verir ki, sözügedən hadisənin videosunu TMZ nəşri dərc edib.
Görüntülərdə Nyu-Yorkda “Nobu Fifty Seven” restoranının yaxınlığından keçən bir nəfərin yanından keçən sənətçinin mühafizəçisindən ona pul verməsini istəməsi göstərilir. O, evsizə 20 dollar verib.
Hadisə sosial media istifadəçiləri tərəfindən tənqidlə qarşılanıb. Hətta bəzi istifadəçilər müğənninin qazancını azaltmaq üçün onun gələcək konsertlərinə bilet almaqdan imtina etməyə çağırıblar.
Aysel Şirinova