Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница sosial Güclü külək Yardımlının bəzi ərazilərini qaranlığa qərq etdi
sosial

Güclü külək Yardımlının bəzi ərazilərini qaranlığa qərq etdi

20-11-2026 09:00 9 Просмотров
IMG

Yardımlı rayonunda gecə saatlarından müşahidə olunan güclü külək bir sıra fəsadlar törədib.

 

Bu barədə Oxu.az-a rayon sakinləri məlumat veriblər.

 

Belə ki, əlverişsiz hava şəraiti nəticəsində rayonun bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranıb. Güclü küləyin təsirindən Şıxlar-Gölyeri xəttində elektrik dirəkləri aşıb, nəticədə bir neçə yaşayış məntəqəsində elektrik təchizatı dayanıb.

 

Hazırda yaranmış problemlərin aradan qaldırılması istiqamətində müvafiq tədbirlər görülür. Abonentlərin elektrik enerjisi ilə təminatı üçün işlər davam etdirilir.