Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница ДРУГОЕ Xiaomi Böyük Britaniyada elektrik avtomobillərinin satışına hazırlaşır
ДРУГОЕ

Xiaomi Böyük Britaniyada elektrik avtomobillərinin satışına hazırlaşır

26-11-2026 22:00 5 Просмотров
IMG

Xiaomi Böyük Britaniyada elektrik avtomobillərinin satışı üçün diler şəbəkəsi qurmağa hazırlaşır.

 

Tvit.az xarici mediaya istinadən xəbər verir ki, şirkət bu məqsədlə Londonda fəaliyyət göstərəcək şəbəkə inkişafı rəhbəri axtarır.

 

Yeni rəhbər diler və satış agentlərinin seçilməsi, avtomobil salonlarının yerləşəcəyi məkanların müəyyənləşdirilməsi və onlayn satış kanallarının inkişafına cavabdeh olacaq.

 

Xiaomi prezidenti Lu Weibing noyabrın 24-də şirkətin maliyyə hesabatının təqdimatı zamanı sağ sükanlı avtomobil bazarlarında dilerlərin cəlb edilməsinə başlandığını bildirib. Böyük Britaniyada satışların başlanma tarixi isə hələ açıqlanmayıb. Bununla belə, satışların 2027-ci ilin ortalarında başlaması gözlənilir.

 

Aysel Şirinova